16 Sentyabr 2020 10:09
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrı 14-də keçirilmiş iclası zamanı İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Teleqraf.com xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Nadir Adilov Komitənin üzvü seçilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır.

18 üzvdən ibarət komitəyə ilk dəfə Azərbaycan nümayəndəsi üzv olaraq seçilir.

Nadir Adilov "Nadir Adilman" imzasıyla Azərbaycanda və bir çox ölkələrdə nəşr edilən kitabların müəllifidir. Onun biznesin inkişafı ilə bağlı yazdığı kitablar bestseller sırasında yer alır.


Müəllif: Cavad

Oxşar xəbərlər