16 Sentyabr 2020 13:34
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın sabiq baş naziri Sindzo Abenin kiçik qardaşı Nobuo Kisi yeni Baş nazir Yosixide Suqunun hökumətində müdafiə naziri vəzifəsinə təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Əvvəlki hökumətdə Müdafiə naziri postunu tutan Taro Kono İnzibati İslahatlar üzrə nazir təyin olunub.

Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteqinin öz vəzifəsini qoruduğu qeyd olunur.

Bundan əvvəl Yaponiya parlamenti səs çoxluğu ilə 71 yaşlı Yosixide Suqunu ölkənin yeni baş naziri olaraq təsdiqləyib.


Müəllif: Səxavət