16 Sentyabr 2020 23:01
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 112 645 şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin cavabı pozitiv çıxıb.

F.Qoca ağır xəstə sayının artmasından narahatlığını ifadə edib. Bu gün ağır xəstənin 1351 nəfər olduğunu, 1342 xəstənin isə sağalaraq evə buraxıldığını deyib.

Türkiyədə ümumilikdə 296 391 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 262 602 nəfər sağalıb, 7249 nəfər ölüb.

Nazir Türkiyədə “Həyat Evə Sığar” (HES) mobil proqramının telefonlara kütləvi yüklənməməsindən narazılığını ifadə edib. Buna baxmayaraq, F.Qoca bildirib ki, COVİD-19-a yoluxub özünü təcrid etməyən 140 min nəfərin HES-kodu vasitəsilə xəstəliyi yayma təhlükəsinin qarşısı alınıb.


Müəllif: Teleqraf.com