Rusiya Barak Obamanın rəhbərlik etdiyi ABŞ administrasiyasından məlumatları oğurlayaraq hipersionik silah yaradıb.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ-ın “super-puper” raketi var. Mən onu “super-puper” ona görə adlandırıram ki, o, adi raketdən beş dəfə sürətlidir. Rusiya bu informasiyanı Obama administrasiyasından oğurlayıb və öz raketini yaradıb”, – deyə o bildirib.