23 Sentyabr 2020 00:58
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bloger Aleksey Navalnın zəhərlənməsi ilə bağlı öz versiyasını səsləndirib. Putinin sözlərinə görə, Navalnı “Noviçok” qrupundan olan zəhəri özü qəsdən qəbul edib. Amma Makron Putinin bu versiyasını rədd edib.

Axar.az xəbər verir ki, bu iddia ilə Fransanın “Le Mond” qəzeti çıxış edib.

Nəşr tərəflər arasında telefon danışığının sentyabrın 14-də Fransa tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb. Qəzetin yazdığına görə, Putin Navalnını narahatlıq yaradan insan kimi xarakterizə edib. Onun sözlərinə görə, blogerin yaratdığı korrupsiya ilə mübarizə fondu məmurları şantaj etməklə məşğuldur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər