23 Sentyabr 2020 09:34
2 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malinin paytaxtı Bamakoda Fransa və bu ölkədəki fransız hərbi bazalarına qarşı etiraz aksiyaları başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Azadlıq meydanına toplaşan yüzlərlə malili Fransa əleyhinə şüarlar səsləndirib. Etirazçılar meydana Mali və Rusiya bayraqları ilə çıxıblar.

Bundan əvvəl ölkədəki hərbi xuntanın lideri Assimi Koyta xalqdan ölkədəki xarici qüvvələrin əleyhinə dəstək istəmişdi.

Fransanın Mavritaniya, Mali, Burkino Faso, Niger və Çadda ümumilikdə 5100 hərbi qüvvəsi var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər