24 Sentyabr 2020 09:50
3 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayında Monteneqroda keçirilən seçkilərdən sonra millətçilərin iqtidara gəlməsi ölkədə müsəlmanlara qarşı təzyiqləri artırıb.

Teleqraf.com xəbər verir ki, “EuroNews” Monteneqroda etniklərarası savaş ehtimalının hər keçən gün gücləndiyini yazıb.

Məlumata görə, Serbiyada yaşayan müsəlmanlar Monteneqrodakı seçkilərdən sonra yeni etnik qarşıdurmanın başlayacağından narahatdır. Əksəriyyəti müsəlmanlardan ibarət Serbiyanın Sancaq bölgəsi Monteneqro, Bosniya-Hersoqovina və Kosovo ilə sərhədlərdə yaşayırlar. Balkan yarımadasında baş verən siyasi gərginlik sözügedən bölgədə daha çox hiss olunur.

Seçkilərdən keçən bir ay ərzində Monteneqronun Plyevlya şəhərində yaşayan müsəlmanlara aid ofislərə və məscidlərə dəfələrlə hücumlar edilib, qəsəbələrin divarlarında Srebrenitsa soyqırımına haqq qazandıran şüarlar yazılıb.

Sancaq İnsan Haqları Komitəsinin nümayəndəsi Səmiha Kacar “Euronews”a açıqlamasında müsəlmanların təhlükəsizliyinin təmin edilməməsinin Serbiya və bölgədə etnik qarşıdurma riskini artırdığını deyib: “Sancaqda müsəlmanlara yönəlik işlənən cinayətlərlə bağlı heç bir tədbir görülmür. Bu, dövlətə olan inamı zədələyir”.


Müəllif: Mənsur Rəğbətoğlu