24 Sentyabr 2020 13:30
4 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ordusu Yeonpyeonq adasında sahillərində Cənubi Koreyanın Okyan və Balıqçılıq Nazirliyinin əməkdaşını güllələyib.

Teleqraf.com-un məlumatına görə, Cənubi Koreya bəyan edib ki, qətlə yetirilən nazirlik rəsmisi 500 tonluq gəmi ilə birlikdə xidməti fəaliyyətini həyata keçirərkən itkin düşüb.

Cənubi Koreya bəyan edib ki, ordunun hərtərəfli kəşfiyyat təhlilinə görə, Şimali Koreya itkin düşən şəxsi öz sularında taparaq, əvvəl öldürüb, daha sonra cəsədini yandırıb.

Rəsmi Seul Şimali Koreyadan məsələyə aydınlıq gətirməyi və bu vəhşiliyə imza atan günahkarların cəzalandırılmasını tələb edib. Bidirilib ki, baş verən cinayətə görə, bütün məsuliyyət Pxenyanın üzərinə düşür.


Müəllif: Cavad