2 Oktyabr 2020 13:18
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanda koronavirusa yoluxan şəxslə sıx təmasda olanlar tibbi yoxlama aparılmadan dərhal təcrid olunacaq”.

Məlumata görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hazırlanan yeni protokola əsasən həmin şəxslər 14 günlük karantinə alınacaqlar.

Qeyd edək ki, sentyabrın 15-dən etibarən Gürcüstanda karantin müddətinə dəyişiklik edilmişdi. Qonşu ölkəyə daxil olanlar 8, virusa yoluxan şəxslə birbaşa təmasda olanlar isə 12 günlük karantin nəzarətinə götürülürdü./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər