5 Oktyabr 2020 00:59
3 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın şiə alimi Şeyx Sübhi Tüfeyli Türkiyə Prezidentinin Azərbaycana dəstəyini təqdir etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, şiə alimi Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini bildirib.

O, Türkiyənin Azərbaycana işğal edilmiş ərazilini azad etməyə kömək olduğunu söyləyib:

“Bu gün İranın vasitəçilik etmək istədiyini, Rusiyanın da dialoqa başlamaq niyyətində olduğunu görürük. Fransa da dialoqdan yana olduğunu deyir. Bu, çox çirkindir. Çünki Ermənistan işğalçıdır”.

Tüfeyli işğal altındakı torpaqların azad edilməsinin vacib olduğunu deyib.

O, Azərbaycanın yanında olduğunu bildirən Ərdoğana dəstəyini belə ifadə edib: “Fransızları Liviyadan qovarkən, Ərdoğanın yanındaydım. Azərbaycan məsələsində də Ərdoğanın yanındayam. Buna görə, onu təbrik edirəm. Hamımız belə etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər