“Türkiyə haqlı davasında həmişə qardaş Azərbaycanın yanındadır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin rabitə naziri Fəxrəddin Altun deyib.
“Otuz ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli ancaq Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi ilə mümkün olacaq. Türkiyə haqlı davasında həmişə qardaş Azərbaycanın yanındadır. Beynəlxalq ictimaiyyət artıq bu işğala səssiz qalmamalıdır”, - nazir bildirib.