6 Oktyabr 2020 21:25
18 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçən il Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilmək üçün Sinopa gətirilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Hava Qüvvələri 5-16 oktyabr tarixlərində “S-400” batareyası ilə bir sıra atəş sınaqları keçirəcək.

Atəş sınaqları zamanı 10 “Banshee” qırıcılarından istifadə olunacaq.

Həyata keçiriləcək test fəaliyyətləri ilə “S-400”-ün radar funksionallığı, hədəf aşkarlama və izləmə qabiliyyətləri, rabitə sisteminin imkanları və komanda idarəetmə sisteminin performansı müşahidə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər