Dünyada koronavirusa bir günlük yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 338 779 təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilat qeyd edib ki, bu pandemiyanın başlanğıcından rekord göstəricidir.
Mütəxəssislər ən çox yoluxma halalrını Şimali və Cənubi Amerikada qeydə alıblar. Son sutkada bu qitədə təhlükəli infeksiyaya 122 715 yoluxma aşkarlanıb. Avropada son bir gün ərzində COVID-19-a 96 996 yoluxma qeydə alınıb.
Dünyada koronavirusa ümumilikdə 36 milyondan çox yoluxma aşkarlanıb. Pandemiya ərzində təhlükəli infeksiyadan 1 milyondan çox insan ölüb.