9 Oktyabr 2020 00:29
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 58 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 667 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1615 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 330 753 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 398 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 290 352 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər