“Nə vaxtsa xəstəliyə tutulacağımı bilirdim. Məni koronavirusa Çin yoluxdurdu”.
Teleqraf.com xəbər verir ki, koronavirusdan müalicə olunan ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.
Özünü yaxşı hiss etdiyini bildirən Tramp prezident seçkiləri üçün görüş keçirmək istədiyini də deyib:
“Xəstəliyi kiməsə keçirdiyimi düşünmürəm. Məncə, artıq təmizəm. Yaxın zamanda yenidən analizlər verəcəm. Hər zaman insanlarla bir yerdə olmuşam. Nə vaxtsa xəstəliyə tutulacağımı bilirdim. Məni koronavirusa Çin yoluxdurdu”.