9 Oktyabr 2020 23:28
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız polisi İslam təhsil mərkəzinə basqın edib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumatda ölkədə müsəlmanlara artan təzyiqlər Fransa Prezidenti Emmanuel Makronun İslam dininə qarşı irqçi fikirlər səsləndirməsi ilə əlaqələndirilib.

Makron tərəfindən İslama qarşı yönələn nifrət nitqinin ardından ölkədə İslam mərkəzləri hədəf alınıb. Uşaqlara dini təhsil verən və Quran oxumağı öyrədən dərnək uşaqlar içəridə olarkən polislərin basqınına məruz qalıb.

Quran da daxil olmaqla hər şey yerə atılıb. Basqını telefonuna qeydə alan şəxs də saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər