13 Oktyabr 2020 19:14
3 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Qarabağdakı terrorçularla mübarizəyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm deyib.

SEPAH generalı bildirib ki, Azərbaycan müraciət edərsə, İran dəstək verməyə hazırdır. “İran hər zaman bölgədə sülhün və qan tökülməməsinin tərəfdarıdır. Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”, - Rəhim Noyi Əqdəm vurğulayıb.

Qeyd edək ki, Rəhim Noyi Əqdəm I Qarabağ müharibəsində Azərbaycan tərəfindən döyüşüb. O, Fəxri fərman və medallarla, həmçinin Heydər Əliyev tərəfindən simvolik qılıncla mükafatlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər