Donald Tramp yenidən ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa söz verdi.
Teleqraf.com-un məlumata görə, bu barədə o, Arizonada seçkiqabağı keçirilən mitinqdə deyib.
Tramp qeyd edib ki, ABŞ Silahlı Qüvvələri Əfqanıstan ərazisini tərk etməyə başlayıb: "Yeri gəlmişkən, biz gedirik, hamı gedir, onların hamısı geri qayıdır".
Xatırladaq ki, ABŞ prezidenti ABŞ-ın İraq və Əfqanıstanda hərbi əməliyyatlarının yekunlaşdığını seçkiqabağı kampaniyası zamanı söyləyib.