Türkiyənin xüsusi təyinatlıları Suriyanın şimalında PKK-nın bu ölkədəki qolu YPG-nin bir neçə terrorçusunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, YPG silahlıları “Barış pınarı” əməliyyatnın keçirildiyi zonaya keçməyə cəhd göstərirmiş.
Bu zaman Türkiyə xüsusi təyinatlıları YPG-nin 3 terrorçusunu zərərsizləşdirib.