24 Oktyabr 2020 10:07
4 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev postsovet məkanında sabit siyasi sistem qurmaq və vətəndaşlarına gələcəyə inam yaratmaq iqtidarında olmayan “uğursuz dövlət” nümunələrinin olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, BMT-nin 75 illiyinə həsr olunan və “Russian Today” kanalının saytında yayımlanan məqalədə Medvedyev zəif dövlətin öz vətəndaşlarının hüquqlarını təmin edə və qlobal təhdidlərdən qoruya bilməyəcəyinə dair fikirlərini bölüşüb:

“Veymar republikasının Üçüncü Reyx formasında dramatik degenerasiyası nümunəsinin özü açıq şəkildə göstərdi ki, iqtisadi inkişaf, vətəndaşların məşğulluğu, dövlətin ekstremist təzahürlərə həqiqi müqavimət göstərmək qabiliyyəti təmin edilmədən geniş demokratik azadlıqların verilməsi qaçılmaz olaraq siyasi gündəmin marginallaşmasına, cinayətkarlığın tüğyan etməsinə, demokratik institutların müdafiəsizliyinə və nəticədə dövlətin ya çökməsi, ya da diktaturaya doğru sürüşməsi təhlükəsinə gətirib çıxaracaq.

Təəssüf ki, Rusiya da son yüzillikdə iki dəfə (1917 və 1991-ci illərdə) anarxiya və dövlətin süqutunun astanasında dayanıb. Və ölkənin hər iki dəfə dağılması ümumi azadlıq və demokratiya şüarları ilə müşayiət olunub”.

Dmitri Medvedyev daha sonra yazıb:

“Və bu gün biz sabit siyasi sistem qura, vətəndaşlarına gələcəyə inam verə bilməyən (postsovet məkanı da daxil olmaqla) “uğursuz dövlət” (failed states) nümunələrini görürük”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər