Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Azadlıq Partiyasının sədri, deputat Geert Vildersə qarşı cinayət işinin açıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan vəkili Hüseyn Aydın vasitəsilə holland deputata cinayət işinin açılması üçün Ankara Baş Prokurorluğuna müraciət edib.
Hollandiyanın Azadlıq Partiyasının sədri Geert Vilders yaxın günlərdə Tvitterdə Prezident Ərdoğanın təhqir edildiyi karikatura paylaşıb. Məlumata görə, bundan sonra Ərdoğan “Prezidentin təhqir olunması” ittihamı ilə holland deputata cinayət işinin açılmasını istəyib.