29 Oktyabr 2020 22:26
7 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizinin şərqindəki gərginliyin memarı olan Yunanıstan üzləşdiyi iqtisadi çətinliklərə baxmayaraq, hərbi investisiyalarını artırmağa davam edir. Xüsusilə adalar və Aralıq dənizinin şərqində Türkiyənin haqlarını pozmağa çalışan Yunanıstan bölgədə gərginliyi artıracaq yeni bir həmləyə imza atır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin hüquqlarını pozaraq, Fransanın dəstəyini alan Yunanıstan Milli Təhlükəsizlik İdarəetmə Şurası sualtı gəmilərə qarşı hazırlanan 32 torpedonun tədarükü üçün 115 milyon avro dəyərində vəsait ayırmaq barədə qərar verib. Bu barədə Yunanıstan Baş Naziri Kiriakos Miçotakis SUDA bazasındakı “Kaçonis” sualtı gəmisinə baş çəkərkən deyib.

Miçotakis torpedoların Almaniyadan alınacağını bildirib.

Söhbət Almaniyada istehsal olunan “36 DM-2A4” tipli torpedodan gedir. Bundan əlavə, 1988-ci ildən bəri Hərbi Dəniz Komandanlığına aid olan köhnə “SUT” torpedolarının modernləşdirilməsi də həyata keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər