“Fransa Prezidenti Emmanuel Makronun İslama qarşı yürütdüyü siyasət təhqiramiz və aqressivdir”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın ana müxalifət partiyası Sirizanın icra komitəsinin üzvü Antonis Liakos deyib.
Planetin üç ən böyük dinindən birinə inanan milyonlarla müsəlmana hücum edərək, təhqirlərə məruz qoyaraq azadlığı terrorçulara qarşı müdafiə edə bilməzsiniz. Liviya, Afrika, Livan və Suriyadakı fransız siyasətinə baxsaq, bu, acgöz müstəmləkəçinin (Fransanı nəzərdə tutur) yenidən geri qayıtdığını göstərir”, - partiya rəsmisi qeyd edib.