Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, məktubda düşmən ölkənin işğal etdiyi ərazilərin Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra yaranan durum və Ermənistan üçün ortaya çıxan problemlərdən bəhs edilir.
Paşinyan xislətinə sadiq qalaraq məktubunda guya Azərbaycan Ordusunun tərkibində Yaxın Şərqdən gələn muzdluların olduğunu iddia edib.
Paşinyan məktubunda Azərbaycan Ordusunun bir sıra istiqamətdə ərazilərini işğaldan azad edərək, dövlət sərhədlərinə yaxınlaşdığını nəzərə alaraq Rusiyanın Ermənistanın təhlükəszliyini təmin etmək üçün göstərə biləcəyi yardım məsələsinə toxunub. Bu məqsədlə məsləhətləşmələrə başlanmasını mümkün sayıb.