31 Oktyabr 2020 21:34
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İzmir vilayətində zəlzələ baş verən bölgəyə gəlib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qurulan koordinasiya mərkəzinə gələn Türkiyə Prezidenti ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin Egey vilayətində 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölkənin İzmir vilayətinin Bayraklı bölgəsində 17 bina dağılıb və ya tamamilə yararsız hala düşüb.

Son məlumatlara əsasən, ba verən yeraltı təkanlar nəticəsində indiyədək 35 nəfər həlak olub, 800-dən çox vətəndaş yaralanıb. Bəzi dağıntıların altında qalanların axtarış-xilasetmə işləri davam edir.


Müəllif: Teleqraf.com