İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 58-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Samsundakı çıxışında bildirib.
Prezident deyib ki, zəlzələdə xəsarət alanların sayı 920 nəfərdir ki, onlardan 200-ə qədəri xəstəxana şəraitində müalicə olunur.
***
15:11
Türkiyənin İzmir şəhərində yeraltı təkan sonucunda ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.
Məlumata görə, zəlzələdən həlak olanların sayı 55-ə yüksəlib.
***
13:38
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
9 binanın dağıntıları altında axtarışlar aparılır.
Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub.