6 Noyabr 2020 00:28
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 81 nəfər dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 639 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 311 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 386 820 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 714 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 332 379 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər