İraq ordusu Səlahəddin bölgəsinin bir hissəsini İŞİD silahlılarında azad edib.
Teleqraf.com-un məlumatına görə, xəbər verir ki, bu barədə əməliyyatlara komandanlıq edən general-leytenant Əbdülvəhab əs-Səid məlumat verib.
Generalın sözlərinə görə, şiə könüllülərdən ibarət xalq birliyi beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə Tikrit və Beyci şəhərləri arasında yerləşən strateji əhəmiyyətli Məhzəm bölgəsini terrorçulardan təmizləyib.
Bölgənin azad edilməsi ilə Bağdad təhlükədən sovuşub. Hazırda İraq ordusunun Tikriti azad etmək üçün genişmiqyaslı əməliyyatlara hazırlaşdığı bildirilir.