Almaniya kansleri Angela Merkel Milanda keçirilən Asiya Avropa Zirvəsi (ASEM) görüşündə Putinin Ukrayna böhranının həlli ilə bağlı mövqeyində dəyişiklik olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Merkel yaranmış böhranın aradan qaldırılması ilə bağlı bir qədər əvvəl keçirilən dördtərəfli görüşü nəticəsiz adlandırıb:
“Bəzi məsələlərdə çox böyük fikir ayrılıqları var. Amma ən əhəmiyyətli olan isə Ukraynanın ərazi bütövlüyüdür. Separatçılar tərəfindən nəzarət olunan Luqansk və Donetsk bölgələrində Ukraynanın razı ola biləcəyi hüquqi sistem qurulmalıdır. Bu cəhətdən Rusiyanın sərgiləyəcəyi siyasət çox önəmlidir. Amma Rusiya əvvəlki mövqeyində qalmaqdadır”.