10 Noyabr 2020 00:25
2 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzinədarlıq və maliyyə naziri Berat Albayrakın istefasını qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasından bildirilib.

Qeyd edək ki, Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak ötən gün səhhətində yaranan problemə görə istefaya getdiyini açıqlayıb. Bu barədə o, özünün instaqramdakı hesabında yazıb.

"Mən beş illik işdən sonra səhhətimlə əlaqədar nazir kimi fəaliyyəti davam etdirməmək barədə qərar qəbul etdim", - Albayrak İnstaqramdakı səhifəsində qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər