“Şimali Kipr (türk) müzakirələr naminə masa arxasında oturmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Ölkənin baş diplomatı Aralıq dənzinin şərqindəki duruma diqqət çəkib:
“Şimali Kipr müzakirə görüntüsü üçün masa arxasında oturmayacaq. Son seçkilərdə açıq şəkildə bu mesajı verdilər. Kimsə gözləməsin ki, Türkiyə Aralıq dənizinin şərqində haqqı olan sərvətlərdən imtina edəcək. Bizi oradan kənarlaşdırmaq istəyənlərin heç bir şansı yoxdur”.