13 Noyabr 2020 12:42
3 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında Dağlıq Qarabağdakı hərbi əməliyyatların bitməsindən məmnun olduğunu bildirib və münaqişənin nizamlanması yolunda bütün tərəflər üçün məqbul bir həll tapmağa hazır olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Prezident döyüşlərin bitməsindən məmnun olduğunu bildirdi. Bütün tərəflər üçün məqbul olan uzunmüddətli bir siyasi həll tapmağa hazır olduğunu dedi”, - məlumatda qeyd edilib.

Makron Paşinyana Fransadan humanitar yardımın göstərilməsi üçün səylərin təşkili ilə bağlı da məlumat verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər