Türkiyəyə gələn ABŞ Dövlət katibi Mayk Pompeo İstanbul Yunan Ortodoks Patriarxlığını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Pompeonun Yunan Patriarxı I Bartolomeylə görüşündən əvvəl sıx təhlükəsizlik tədbirləri alınıb.
Pompeo I Bartolomeyi ofisində ziyarət edib. İkisi arasında 1 saat 19 dəqiqə davam edən görüş mətbuata qapalı olub.
I Bartolomey Pompeonu qapıda qarşılayan heyətin arasında yer almayıb.
ABŞ Dövlət katibi Pompeonu həyat yoldaşı Suzan Pompeo və Amerikanın Ankaradakı səfiri David Satterfild müşayiət edib.
Pompeo görüşdən sonra Aya Yorgi Yunan Patriarxlığı Kilsəsinə də baş çəkib və burada şam yandırıb. Daha sonra Eminönüdəki Rüstəm Paşa Məscidinə keçib.
Dövlət katibi İstanbul səfərindən sonra Gürcüstana gedəcək.