18 Noyabr 2020 21:03
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş Baş naziri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Yıldırım Akbulut xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, Akbulut ürək problemi səbəbindən reanimasiyaya yerləşdirilib. 85 yaşlı siyasətçinin müalicəsi Ankara Universiteti Tibb Fakültəsi Cebeci Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, Yıldırım Akbulut eyni zamanda Türkiyə Prezidenti yanında Ali Məşvərət Şurasının üzvüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər