ABŞ-ın yeni Prezidenti Co Baydenlə Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında ilk təmas gələn ay keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında telefon danışığının planlaşdırıldığı və iki ölkə arasında müsbət gündəmin yeni dövrdə diqqət mərkəzində olacağı bildirilib.
Bu çərçivədə diplomatik mənbələr üç məsələyə diqqət çəkib: NATO-nun gücləndirilməsi, Türkiyə-ABŞ arasında 100 milyard dollarlıq ticarət həcminin hədəfə alınması və Türkiyədə insan haqları sahəsində keçiriləcək islahatlar.