“Rusiyanın Qərb tərəfdaşları getdikcə mövcud problemləri dialoq yolu ilə həll etməyə daha az hazır olur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Hələ də Rusiyanı getdikcə heç bir səbəb olmadan, heç bir faktla sübut olunmayan şeylə günahlandırırlar. Baxmayaraq ki, bu “faktları” bizə təqdim etmək üçün çoxdan xahiş etmişdik. Əksər dövlətlər bizimlə həmrəydirlər. Amma Qərb tərəfdaşlarımız daha az dialoqa hazırdır”, - Lavrov qeyd edib.