20 Oktyabr 2014 06:19
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin nəvəsi Hüccətül-İslam Seyid Həsən Xomeyni ölkəsində tətbiq edilən bəzi məhdudiyyətlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, Xomeyni hicabdan istifadə edilməsi və İranda peyk antenalarından istifadəyə gətirilən qadağaların ictimai məhdudiyyətləri tənqid altına aldığını qeyd edib.

Xomeyni çıxışında cinayət və cəzanın mütənasib olması lazım olduğuna işarə edərək cəzaların nisbətsiz tətbiq olunması halında cinayətlərin daha da artacağını deyib.

İİR-in banisinin nəvəsi bütün qadınlara hicabdan istifadənin məcburi tətbiq edilməsinin doğru olmadığını, hətta yarı başı açıq istifadənin də problem olmayacağını vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər