Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı 17 dekabrda baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Rusiya liderinin jurnalistlərin qarşısına onlayn formatda çıxacağı bildirilib:
“Çətin epidemioloji vəziyyətə görə bu dəfə mətbuat konfransı videokonfrans formatında keçiriləcək. Prezidentin Novo-Oqaryovodakı iqamətgahından konfransa qoşulması planlaşdırılır. Federal və xarici KİV nümayəndələri Dünya Ticarət Mərkəzinin onlara tanış olan salonunda oturacaqlar”.