Amerika lideri Donald Tramp ABŞ əsgərlərinin 2021-ci ilin əvvəlinə qədər Somalidən çıxarılması ilə bağlı göstəriş verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “ Wall Street Journal” mənbələrə istinadən xəbər verib.
Nəşrin təxminlərinə görə, hazırda Afrika ölkəsində 700 Amerika əsgəri var.
Qeyd olunub ki, hərbçilər digər dövlətlərə göndəriləcək.