Uruqvay hökuməti keçmiş prezident Tabare Vaskesin ölümü ilə əlaqədar üç günlük matəm elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat verib.
"Hökumət üç günlük milli matəm elan etdi. Ölkə daxilində və xaricində bütün hökumət binalarındakı bayraqlar salınacaq" - məlumatda deyilir.
"O (Vaskes), bütün Uruqvaylıların prezidenti idi. Bütün ölkə yas tutur" - Uruqvayın hazırkı prezidenti Luis Lakalye Pou mərhum barədə deyib.