Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 76 nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".
Ümumilikdə pandemiyanın başlayandan Rusiya paytaxtında virusa 647 562 nəfər yoluxub, 490 844 nəfər xəstəlikdənsağalıb, koronavirus təsdiqlənən 9 425 nəfər ölüb.
Rusiya Federasiyasındakı günlük COVID-19 virusuna yoluxma sayı maksimum rekordu yeniləyib: 85 bölgədə 29 039 hadisə aşkarlanıb.