9 Dekabr 2020 01:38
3 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda yerli hakimiyyət orqanlarında korrupsiya iddialarından yazan müxbir evində diri-diri yandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorların (RSF) saytı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 27-də Hindistanın Uttar Pradeş ştatında baş verib.

Regional rəhbərlikdə korrupsiya iddiaları haqqında məlumat verən Rakeş Sinq evinə girən üç nəfər tərəfindən üzərinə alkoqollu bir maye tökülərək yandırılıb. Ağır yanıq xəsarətləri alan müxbir hadisədən bir gün sonra xəstəxanada həyatını itirib.

Sinq öz məqaləsində ştatın qubernatoru Suşila Devinin günəş panellərinin quraşdırılması da daxil olmaqla infrastruktur layihələri ilə əlaqəli korrupsiya iddialarından yazıb.

Polis cinayətkarlardan birinin Suşila Devinin oğlu Keşvanand Mişra olduğunu və digərlərinin də əvvəllər Sinqi incitdiklərini bildirib. Hadisədən üç gün sonra tutulan üç şübhəlinin cinayəti etiraf etdikləri və həbs olunduqları açıqlanıb.

RSF-ə görə, Sinq bu il Hindistanda peşəsi ilə əlaqədar öldürülən dördüncü jurnalistdir. Jurnalistlər İsravel Musa, Paraq Buyan və Şubham Tripati də bu il Hindistanda qətlə yetirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər