ABŞ ordusunun Texasdakı Ford Hudd bazasında bir qadın hərbçinin təcsvüzə uğradığını bildirdikdən sonra öldürülməsi ilə başlayan istintaqda 14 yüksək vəzifəli şəxs postundan uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Quru Qoşunlarının komandanı Rayan Makkarti təcavüzə uğrayan 20 yaşlı qadın hərbçi Vanessa Gullenin öldürülməsi ilə əlaqədar açıqlama verərək, baza komandanlığının cinsi təcavüz mövzusunda kobud laqeydlik göstərdiyini bildirib.
Bazadakı mövcud mühitin bu cür hadisələr üçün uyğun olduğunu açıqlayan Makkarti buradakı komandirlərin təcavüzə göz yumduqlarını deyib. Makkarti bu araşdırma ilə Quru Qoşunlarında durumun kökündən dəyişəcəyini də sözlərinə əlavə edib.
O, baza komandanı general Skott Efflandt, alay komandiri polkovnik Ralf Overland və alayın mayoru Bredli Knapp da daxil olmaqla 14 hərbçinin vəzifəsindən uzaqlaşdırıldığını söyləyib.
Son vaxtlar Fort Hudda intihar və ölümlərin sayı artıb. 2016-cı ildən bu yana ümumilikdə 150 əsgərin öldüyü, bunlardan 70-nin intihar, 7-nin qətl olduğu açıqlanıb.