“Yaxın gələcəkdə Dağlıq Qarabağla bağlı razılaşmaya hörmət ediləcək. Bakı ümumiyyətlə bu razılaşmadan razı qalıb, digər yandan Azərbaycan üçün azad etdiyi ərazilərin inkişafı ilə məşğul olmaq vacibdir və İrəvanın qisas almaq üçün resursları yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Vadim Muxanov deyib.
“Razılaşmanın şərtləri həyata keçirilir. Əsas məqamdan - atəşkəs rejimindən danışırıqsa, sakitlik müşahidə olunur”, - ekspert bildirib.
Muxanov qeyd edib ki, nə Ermənistan, nə də Azərbaycanın tanıdığı “DQR”-in statusu məsələsi dayandırılıb.
Muxanov razılaşmanın yaxın müddətdə yerinə yetiriləcəyini söyləyib.
Ekspert anlaşmada İrəvanın narazı qaldığı bir çox məqamın olduğunu da söyləyib.