11 Dekabr 2020 10:44
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Amerikanın “Time” jurnalı tərəfindən “İlin adamı” adını qazanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə nəşri saytı məlumat yayıb.

“Baydenin özünün baxışları var idi, o, tonu təyin etdi və qalib oldu”, – “Time” qeyd edir.

Jurnalın redaksiyası qeyd edir ki, Bayden və Harris birlikdə Amerikanın bərpası və yeniləməsi üçün bir bilet təklif etdilər. Amerika xalqı həmin bileti satın aldı.

Bundan əvvəl “Time” jurnalı “İlin adamı – 2020” adına namizədlərin qısa siyahısını elan etmişdi.


Müəllif: Səxavət