ABŞ-da Donald Trampın seçkilərdə saxtakarlıq olduğu və əslində özünün prezident seçildiyi iddialarını davam etdirməsi ilə paralel olaraq Ali Məhkəmə kritik qərar verib.
Teleqraf.com xəbər verir ki, məhkəmə Texas ştatında 18 cümhuriyyətçi əyalət prokurorunun və 126 Nümayəndələr Məclisi üzvlərinin dəstəyi ilə Co Baydenin qələbəsini şübhə altına alınmasına dair prosesə bu gün reaksiya verib.
Miçiqan, Georgiya, Pensulvaniya və digər ştatlarda Baydenin lehinə açıqlanan nəticələrin keçərsiz hesab edilməsinə dair iddia məhkəmə tərəfindən rədd edilib.
Xatırladaq ki, noyabrın 3-də keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, 306 səslə Bayden qazanıb. Trampa isə seçilmişlərin cəmi 232 nəfəri səs verib.
Bundan sonra hazırkı prezident Donald Tramp nəticələri qəbul etməyib, bildirib ki, həqiqəti üzə çıxarmaq üçün qanuni yollardan istifadə edəcək. Amma Trampa yaxın onlarla hüquqşünasın iddiasını ABŞ məhkəmələri rədd edib.