ABŞ-da Prezident seçkilərinin nəticələrini Seçicilər Qurumu təsdiqləməzdən öncə hazırkı Prezident Donald Trampı dəstəkləyən “Amerikanı Yenidən Böyük Et” Hərakatı ilə “Öncə Amerika Üçün Qadınlar” Təşkiları Vaşinqtonda yüz minlərlə insanın iştirakı ilə aksiya keçirəcək.
Aksiyadan əvvəl Vaşinqtona gəlməyə başlayan Tramp dəstəkçiləri artıq şəhərdə tur gəzintiləri edib.
Aksiyaçılar Konqresdə Trampın xeyrinə lobbiçilik edən Roger Stoneni ziyarət edib.
Trampı dəstəkləyənlərin aksiyalarına qarşı olaraq “Ağların Həyatı Əhəmiyyətlidir” kimi solçu qruplar da “Vaşinqtonu qoru” şüarı ilə dəstəkçilərini Vaşinqtona dəvət edib.
Şəhərdə bir sıra ciddi təhlükəsizlik tədbirləyi həyata keçirilib və onlarla prospekt bağlanıb.
Aksiyanın dekabrın 14-də, Seçicilər Qurumunun seçkilərin nəticəsini təsdiq etməsindən əvvəl keçirilməsi isə diqqəti cəlb edir.
Xatırladaq ki, bundan əvvəl Trampın tərəfdarları noyabrın 14-15-də aksiya keçirib. Aksiyaya Vaşinqtonda 100 minlərlə insan qatılıb. Hətta aksiyadan sonra Vaşinqtonda gərgin anlar yaşanıb.