21 Oktyabr 2014 08:12
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - oktyabrın 21-də Kanadanın altı “F-18” qırıcı təyyarəsi “İŞİD”-ə qarşı beynəlxalq əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə yola düşəcək. Teleqraf.com-un “İTAR-TASS”a istinadən xəbərinə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyinin məlumatında bildirilib.

““F-18” qırıcı təyyarələri oktyabrın 21-də səhər saatlarında Albert əyalətindəki Kold-Leyk aviabazasından yola düşəcəklər”, deyə məlumatda qeyd olunub.

Bundan başqa, Kanada iki ədəd CP-140 Aurora kəşfiyyat təyyarəsi və bir Airbus СС-150 Polaris yanacaq dolduran təyyarə və 600 hərbçi göndərir. Kanadanın hərbi kontingenti Küveytdə yerləşəcək.

Kanada aviasiyası “İŞİD”in yalnız İraqdakı mövqelərini atəşə tutacaq. Kanada hərbçiləri quru əməliyyatlarda iştirak etməyəcək.


Müəllif:

Oxşar xəbərlər