Rusiya Prezidenti Vladimir Putin sərhədlərin açılması ilə bağlı sualı dörd sözlə cavablandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə illik mətbuat konfransında danışıb.
Jurnalistin məsələ ilə əlaqədar sualına cavab belə olub: “Ən qısa zamanda - dərhal”.
Putinə görə, vətəndaşların artıq daxili turizmin imkanlarından istifadə etmələrini istəyir: “Ən qısa müddətdə sərhədləri açacağıq. Bu, həm sənaye, həm də bizim xarici reyslərin açılmasına imkan vermək üçün vacibdir”.