18 Dekabr 2020 23:58
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ankara Türkiyənin Yunanıstanın Rodos şəhərindəki Baş Konsulluğunun əməkdaşı Səbahəddin Bayramın saxlanılmasına etiraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Rodosdakı Baş Konsulluğumuzun əməkdaşı Səbahəddin Bayramın Yunanıstanın aiddiyyəti qurumlar tərəfindən gəmi fotoları çəkməsi ilə bağlı irəli sürülən casusluq ittihamı əsasında aparılan istintaq çərçivəsində saxlanılmasını qınayırıq”, - açıqlamda vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər